Azərbaycan Beynəlxalq Bankı «TheCityUK» təşkilatına qoşulub

Azərbaycan Beynəlxalq Bankı «TheCityUK» təşkilatına qoşulub
# 27 noyabr 2012 08:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) «TheCityUK» təşkilatına qoşulub və Xəzər regionundan təşkilatın ilk üzvü olub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu barədə noyabrın 26-da Londonda keçirilən «Xəzər Dəhlizi» beynəlxalq konfransında elan olunub.

Konfrans «CityUK» təşkilatı tərəfindən Azərbaycan Beynəlxalq Bankı və «Asia House» şirkətinin dəstəyi ilə təşkil edilib. «Biz Azərbaycan və Böyük Britaniya arasında korporativ münasibətlərin genişlənməsi imkanlarına görə minnətdarıq. «TheCityUK»nin yüksək peşəkarlığı biznes aparmağın yüksək standartlarının tətbiqində öz rolunu oynayır», - deyə ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

«Biz Azərbaycan Beynəlxalq Bankının «TheCityUK»yə qoşulmasına razılığın verilməsinə şadıq. ABB Xəzər regionundan «TheCityUK»yə qiymətsiz təcrübəni gətirən bir bankdır», – deyə «TheCityUK» təşkilatının baş direktoru Kris Kamminqs bildirib.

K.Kamminqsin sözlərinə görə, Xəzər regionunu investorlar üçün cəlbedici edən bir neçə amil var ki, bunlardan ÜDM-in artım templəri və iqtisadiyyatın liberallaşması üzrə islahatları xüsusi qeyd etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR