Misir hökuməti iranlı deputatların Qəzzaya səfər etməsinə icazə verib

Misir hökuməti iranlı deputatların Qəzzaya səfər etməsinə icazə verib
# 23 noyabr 2012 11:42 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Misir hökuməti İran parlamentinin üzvlərinin Qəzzaya səfər etməsinə icazə verib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran parlamentinin ictimai komissiyasının rəhbəri Əbdürrza Əzizi bildirib.

Onun sözlərinə görə, iranlı deputatlar Qəzzaya humanitar yardım aparacaqlar. Eyni zamanda İran parlamentinin sosial komissiyasının üzvlərinin Qəzzaya səfəri Fələstin xalqının ağrılarını paylaşmaq, onların tək olmadığını göstərmək və bölgə xalqına yardım yollarını araşdırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR