“Hacıqabul abidələr diyarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTOSESSİYA

“Hacıqabul abidələr diyarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 23 noyabr 2012 14:06 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Hacıqabul rayon mədəniyyət evində “Hacıqabul abidələr diyarıdır” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, elmi-praktik konfransda Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndəsi, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Arif Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri Cəfər Qiyasi və Solmaz Tohidi, arxeoloq Şirzad Əhmədov, memar Ədalət Məmmədov və tibb elmləri doktoru, professor İbadulla Ağayev ərazi haqqında elmi məruzələr ediblər.

Elmi-praktik konfransda çıxış edən Hacıqabul Tarix-memarlıq kompleksinin direktoru Mübariz Xəlilov rayonda qədim tarixə aid olan 17 abidənin mövcud olduğunu qeyd edib. Cəfər Qiyasi Hacıqabul abidələrinin İpək Yolu ətrafındakı tarixi əhəmiyyətindən, bu abidələrin tarixi irs kimi qorunub saxlanmasından, dünya muzeylərində abidələrdən əks olunan mövcud eksponatlardan danışıb.

Professor Solmaz Tohidi 1918-ci ildə bu ərazilərdə baş verən erməni soyqırımı barədə danışıb. Solmaz Tohidi vaxtilə Hacıqabul ərazisinin Şamaxı qəzasına aid olduğunu deyib, konfrans iştirakçılarına Şamaxı qəzasının xəritəsini təqdim edib, erməni soyqırımı baş verən konkret əraziləri göstərib.

Arxeoloq Şirzad Əhmədov rayonun Udlu kəndində arxeoloji qazıntılar zamanı tapılan güngörməz müdafiə istehkamlarının ilkin Şamaxının ərazisində olması ehtimalını irəli sürüb.

Çıxışlar zamanı Hacıqabulda yerləşən bəzi tarixi abidələrin dünya mədəniyyət abidələri və İSESCO-nun siyahısına salınması məsələsi qaldırılıb. Bu abidələr sırasına Hacıqabul rayonunun Pirsaat kəndində yerləşən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bərpa olunmuş, XIII əsrdə tikilmiş Pirhüseyin Rəvvanın məqbərəsi olan Pir Hüseyn Xanəgahı da aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR