Azərbaycanda qida sənayesində istehsal artımı yaxın üç ildə orta hesabla 5% olacaq

Azərbaycanda qida sənayesində istehsal artımı yaxın üç ildə orta hesabla 5% olacaq
# 13 noyabr 2012 13:16 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda yeni yaradılacaq, eləcə də fəaliyyət göstərən müəssisələrdə istehsal həcmlərinin artırılması hesabına qida məhsullarının istehsalında 2013-cü ildə 4,4%, növbəti 3 ildə isə orta illik 4,9% artım proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.


«Bununla yanaşı proqnozlaşdırılan dövr ərzində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına qida sənayesinin inkişafına imkan yaradacaq sənaye üsulu ilə yeni quş əti və yumurta istehsalı, müasir texnologiyalar əsasında ət emalı, bitki yağları, süd, çörək istehsalı və digər layihələrin tikintisi həyata keçirilir», - deyə Ş.Mustafayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR