Səfir: 2017-ci ildən sonra Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi kəskin artacaq - FOTO

Səfir: 2017-ci ildən sonra Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi kəskin artacaq   - <span style="color: red;">FOTO
# 25 dekabr 2012 10:44 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 332 mln. dollara çatıb.

APA-nın xəbərinə görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov Qazaxıstan prezidenti Nursultan Nazarbayevin “Strategiya - 2050” adlı sənədinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan ticarət dövriyyəsinin həcmini qoruyub saxlamağı bacarır: “Ötən il bu göstərici 300 mln. dollar olub”.

Səfir qeyd edib ki, 2017-ci ildə “Kaşaqan” yatağının istismara verilməsindən sonra iki ölkə arasında ticarət dövriyyəsinin həcminin neft hesabına kəskin artması gözlənilir. Hazırda ARDNŞ və “Kazmunayqaz” “Kaşaqan” neftinin nəqli üçün Qazaxıstanın Kurık limanının və Azərbaycan limanlarının layihə gücünün artırılmasına dair danışıqlar aparır.

S.Primbetov bildirib ki, bu ilin 9 ayı ərzində Qazaxıstandan Azərbaycana buğda ixracı 700 min ton təşkil edib: “İlin sonunadək bu göstəricinin 1 mln. tona çatması gözlənilir”. Ümumilikdə isə Azərbaycanın buğdaya olan illik ehtiyacı 3 mln. tondur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR