Demokratik Qüvvələrin Məşvərət Məclisi ümummilli konqresin çağırılmasını istəyir

Demokratik Qüvvələrin Məşvərət Məclisi ümummilli konqresin çağırılmasını istəyir
# 04 dekabr 2012 12:55 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) iclası keçirilib.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, yığıncaqda DQMM-nin piket keçirməklə bağlı müraciəti Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təmin edilməməsi və təşkilatçıları bu gün polis idarəsinə dəvət edilməsi haqqında məlumat verilib.

DQMM hüquqşünasların və mütəxəssislərinin seçki qanunu ilə bağlı “Seçki islahatları memorandumu”nun müzakirəsi zamanı ortaq mövqedən çıxış etməsi təşəbbüsünü vaxtında atılmış addım hesab edib. İclasda Azərbaycandakı bütün demokratik qüvvələrin - Ziyalılar Forumu, Məşvərət Məclisi, İctimai Palata, Qarabağ bloku, “Real” hərəkatı və digər qurumların fəaliyyətini əlaqələndirmək məqsədi ilə ümummilli konqresin çağırılmasının zəruriliyi vurğulanıb.

Məşvərət Məclisi 65 il əvvəl soydaşlarımızın kütləvi şəkildə doğma yurdlarından Qərbi Azərbaycandan (Ermənistandan) deportasiya edilməsini müzakirə edərək bu mövzuda tədbirlər keçirilməsini məqsədəuyğun hesab edib. Bununla bağlı qurum üzvü Elşad Musayevin rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Bu mövzuya həsr edilən ilk tədbirin dekabrın 12-də KXCP-nin qərargahında keçirilməsi qərara alınıb.

İclasda Fələstin dövlətinin BMT Baş Assambleyasında müşahidəçi qismində tanınması, Suriyadakı birləşmiş müxalifətin dəstəklənməsi məsələləri də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR