Bank Of Baku

Azərbaycan radiosunun binası söküləcək, əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan radiosunun binası söküləcək, əməkdaşlar AzTV-yə köçürülür
# 03 sentyabr 2025 15:36 (UTC +04:00)

Azərbaycan Radiosunun binasında söküntü işləri aparılacaq.

APA-nın əldə etdiyi məlumata görə, radionun fəaliyyətində fasilə yaranmasın deyə, əməkdaşlar işlərini Azərbaycan Televiziyasının (AzTV) binasında davam etdirəcək.

AzTV-nin mətbuat xidməti faktı APA-ya təsdiqləyib. Bildirilib ki, radionun binası söküldükdən sonra təməlqoyma və yeni binanın tikintisi gözlənilir:

“Azərbaycan radiosunun yeni binasının neçə mərtəbədən ibarət olacağı hələ ki məlum deyil. Bu, gələcək situasiyaya görə dəyişə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR