Gürcüstanda yol qəzasında 5 nəfər ölüb

Gürcüstanda yol qəzasında 5 nəfər ölüb
# 05 may 2018 10:10 (UTC +04:00)

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Keda rayonunda səhər saatlarında ağır yol qəzası baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Batumi-Axaltsixe avtomagistralında “Mercedes” markalı minik və yük avtomobili bir-birinə çırpılıb. Nəticədə minik avtomobilində olan 5 nəfər hadisə yerində ölüb.

Qəza səbəbindən avtomagistralda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR