Təhsil Nazirliyi distant təhsilin tətbiqi ilə bağlı müəyyən nəticələri açıqlayıb

Təhsil Nazirliyi distant təhsilin tətbiqi ilə bağlı müəyyən nəticələri açıqlayıb
# 12 dekabr 2012 13:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda distant təhsilin inkişaf etdirilməsi və sağlamlıq imkanları məhdud olan uşaqların təhsil imkanlarını artırmaq məqsədi ilə həyata keçirilən işlərin müəyyən nəticələri açıqlanıb. Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov APA-ya açıqlamasında deyib ki, bu istiqamətdə “Elektron Təlimləndirən Sistemlər” adlı layihənin icrasına başlanılıb. Onun sözlərinə görə, layihə çərçivəsində 60 şagird və 10 müəllim heyətinə ən yeni texnologiya və proqram təminatları ilə təchiz olunmuş noutbuklar verilib. Bundan əlavə, 60 şagirdin evinə İnternet xətti çəkilib, şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədilə 20 nömrəli məktəbdə Distant Təhsil Mərkəzi yaradılıb. Mərkəzin otaqlarında yüksək sürətli fiber-optik internet bağlantısı quraşdırılıb. Həmçinin müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün www.mesafedenmekteb.edu.az portalı yaradılıb. Yeni layihəyə cəlb olunanlar kompüter, tədris üçün zəruri aksesuarlar, o cümlədən qrafik planşet və eyni zamanda qüsuru olanlar, əli ilə kompüterdən istifadə edə bilməyənlər “Traxus Roller Plus Joystick” avadanlıqları ilə təchiz olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR