AZPROMO Birləşmiş Ərəb Əmirliklərinin iş adamları üçün dəyirmi masa keçirib

AZPROMO Birləşmiş Ərəb Əmirliklərinin iş adamları üçün dəyirmi masa keçirib
# 15 noyabr 2012 16:58 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin iş adamları üçün dəyirmi masa keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov qurumun fəaliyyəti və fondun yerli və xarici şirkətlərə göstərdiyi dəstək barədə məlumat veribr. Qeyd edilib ki, ölkənin ixrac imkanlarının təşviqi və xarici investisiyaların cəlb edilməsi məqsədilə yaradılmış AZPROMO ixrac və investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində yerli və xarici iş adamlarına yaxından dəstək göstərir, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Rüfət Məmmədov bundan sonra da Azərbaycan iqtisadiyyatına maraq göstərən, ölkəmizdə həyata keçirilən müxtəlif layihələrdə iştirak etmək istəyən ərəb iş adamlarına AZPROMO tərəfindən hər cür dəstək göstəriləcəyini bildirib.

Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya imkanları barədə məlumat verən Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf ölkəmizin investisiya ixracatçısına çevrildiyini, yerli sahibkarların xarici ölkələrdə uğurla fəaliyyət göstərdiyini qeyd edib, Azərbaycanda investisiya qoyuluşu üçün prioritet sahələr və AİŞ-in həyata keçirdiyi layihələr barədə məlumat verib.

Sonda Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarının Azərbaycan iqtisadiyyatına dair sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR