Bakıda BMT-nin Coğrafi adların standartlaşması üzrə Şərqi Avropa, Şimali və Orta Asiya Şöbəsinin 10-cu iclası keçiriləcək

Bakıda BMT-nin Coğrafi adların standartlaşması üzrə Şərqi Avropa, Şimali və Orta Asiya Şöbəsinin 10-cu iclası keçiriləcək
# 19 noyabr 2012 09:52 (UTC +04:00)

Bakı-APA. Sabah Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təşkilatçılığı ilə Bakıda BMT-nin Coğrafi adların standartlaşması üzrə Şərqi Avropa, Şimali və Orta Asiya Şöbəsinin 10-cu iclası başlayacaq. Komitədən APA-ya verilən məlumata görə, 2 gün davam edəcək iclas BMT-nin Şərqi Avropa, Şimali və Orta Asiya Şöbəsinə daxil olan ölkələrdə nəşr olunan Coğrafi Adlara aid olan sorğu kitablarını bir-birinə göndərməkdən və romanlaşma qaydaları ilə tanış etmək məqsədi daşıyır. Bununla yanaşı 10-cu iclasda bu ölkələrdə Coğrafi Adların standartlaşmasına vahid yanaşılması, təriflərə yol verilməməsi və bütün informasiya daşıyıcılarında eyni standartlaşmış adlardan və təsdiq olunmuş ekzonimlərdən istifadə edilməsi məsələləri də müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR