Xəzəryanı ölkələrin işçi qruplarının növbəti iclası dekabrın 17-də Aşqabadda keçiriləcək

Xəzəryanı ölkələrin işçi qruplarının növbəti iclası dekabrın 17-də Aşqabadda keçiriləcək
# 06 dekabr 2012 13:24 (UTC +04:00)

İstər Rusiya, istərsə də digər Xəzəryanı dövlətlər bu sammitdən çox şey gözlədiyi üçün onun daha yaxşı təşkil olunması lazımdır. Rusiya da buna çalışır. Biz də, digər dövlətlər də Rusiya ilə məsləhətləşmələr aparmışıq. Ümid edirik ki, növbəti sammitdə məsələnin tərəflərin razı salacaq şəkildə həll olunmasına daha çox yaxınlaşacağıq”.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov APA-nın Türkiyə müxbirinə açıqlamasında deyib. Nazir müavini bildirib ki, qarşıda duran ikinci mühüm vəzifə isə Xəzərin statusunu müəyyənləşdirmək üçün Xəzəryanı ölkələrin işçi qruplarının növbəti toplantısını keçirməkdir. X. Xələfov deyib ki, xarici işlər nazirlərinin müavinləri səviyyəsində növbəti toplantı dekabrın 17-də Aşqabadda keçiriləcək.

“Problemin tamamilə həll olunmasına nə əngəl olur” sualına cavabında nazir müavini deyib ki, Xəzəryanı dövlətlərin hər birinin öz marağı, öz mövqeyi var: “Bu məsələ 20 ildir, müzakirə olunur. Buna görə də problemləri bir anda həll etmək mümkün deyil. Buna baxmayaraq, biz müzakirələr vasitəsilə çox önəmli məsafə qət etmişik, konvensiyaların imzalanması üçün Xəzəryanı bəzi dövlətlər öz aralarında önəmli razılaşmalar əldə edib. Məsələn, Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərin dibinin bölüşdürülməsi, Xəzərdə ekoloji məsələlər və bir sıra bəzi məqamlara dair razılaşmalar əldə edib. İnanıram ki, digər dövlətlər də müzakirələr yolu ilə Xəzərin statusunun həll olunmasında pozitiv mövqe nümayiş etdirəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR