Moskvada keçirilən Avropa Millətlər Kuboku yarışlarına yekun vurulub

Moskvada keçirilən Avropa Millətlər Kuboku yarışlarına yekun vurulub
# 11 noyabr 2012 19:52 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında sərbəst və Yunan-Roma güləş növü üzrə Avropa Millətlər Kuboku yarışlarına yekun vurulub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın “Lujniki” idman arenasında keçirilən görüşdə Yunan-Roma güləş növü üzrə yarışan Azərbaycan güləşçiləri Rusiya güləşçiləri ilə qarşılaşıblar.

Final görüşü 7:0 Rusiya yığmasının xeyrinə qurtarıb.

Qeyd edək ki, Azərbaycan ylğmasının tərkibində Orxan Əhmədov (55 kq), Sakit Cəlilov (60 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (66 kq), Elvin Mürsəliyev (74 kq), Rafiq Hüseynov (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR