Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq 0,4% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq 0,4% enib
# 16 noyabr 2012 06:27 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 12 542 bəndədək, S&P 500 0,2% - 1 353 bəndədək, Nasdaq 0,4% - 2 837 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsinə Federal Ehtiyat Sisteminin banklara müraciəti təsir edib. Belə ki, FES ölkənin 30 ən iri bankına müraciət edərək onlardan işsizliyin 12%-ə yüksəlməsinə səbəb ola biləcək iqtisadi geriləməyə qarşı ehtiyat kimi öz kapitallarının dayanıqlığını yoxlamağa çağırıb.

Avropa fond bazarlarında noyabrın 15-də FTSE 100 indeksi 0,8% - 5 678 bəndədək, Almaniya DAX-ı 0,8% - 7 043 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 382 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 712,1 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2775 (-0,1%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR