Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
# 06 dekabr 2012 14:35 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda yaşayış binasında yanğın baş verib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Abdulla Şaiq küçəsi, dalan – 15, ev-3 ünvanında qeydə alınıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşın cəlb edilib. Həyata keçirən tədbirlər nəticəsində yanğın söndürülüb. Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR