Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi Beynəlxalq QİÇS-lə mübarizə günü münasibətilə tədbir keçirəcək

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi Beynəlxalq QİÇS-lə mübarizə günü münasibətilə tədbir keçirəcək
# 27 noyabr 2012 14:03 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Dekabrın 3-də Bakıda Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə İİV/AİDS-lə mübarizəyə yönəlmiş layihələrin təqdimatı keçiriləcək. Bu barədə APA-ya nümayəndəlikdən məlumat verilib.

Tədbirdə “Azərbaycanda kənd yerlərində gənc qadınlar arasında İİV/AİDS-in

Profilaktika Proqramı: təhsil, məlumatlandırma və imkanların artırılmasına istiqamətlənən sosial və mədəni yanaşma”, “İİV-lə yaşayanların həyat keyfiyyəti”, “Narkotik maddələrdən istifadə edən qadınların artan tələbatlarına qeyri-dövlət iştirakçılarının cavabı” mövzusunda təqdimatlar olunacaq.

Bütün bu layihələr AB tərəfindən maliyyələşdirilir.

Tədbirdə AB nümayəndəliyin rəhbəri Roland Kobia, UNİCEF və Respublika QİÇS Mərkəzinin nümayəndələrinin çıxışı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR