Balakən rayonunun Poçtbinə və Mazımqara kəndlərinə təbii qaz verilib

Balakən rayonunun Poçtbinə və Mazımqara kəndlərinə təbii qaz verilib
# 29 noyabr 2012 16:03 (UTC +04:00)

Bakı - APA-Economics. Balakən rayonunun Poçtbinə və Mazımqara kəndlərinə noyabrın 29-da ilk dəfə olaraq təbii qaz verilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, 327 abonenti olan Poçtbinə və Mazımqara kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 5200 metr polad borularla və uzunluğu 21000 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 327 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR