® Keyfiyyətli məhsulların istehsalı və dünya standartlarına uyğunlaşdırılması – «Baltika Baku» şirkətinin əsas məqsədidir

<font color=red> ®</font> Keyfiyyətli məhsulların istehsalı və dünya standartlarına uyğunlaşdırılması – «Baltika Baku» şirkətinin əsas məqsədidir
# 26 dekabr 2012 08:09 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın tanınmış «Xırdalan» pivəsinin istehsalçısı olan «Baltika Baku» şirkəti böyük uğurla sertifikatlaşdırma auditindən keçərək, keyfiyyətin idarə edilməsi sistemi üzrə ISO 9001:2008 sertifikatını əldə edib. Audit qida sənayesi sahəsində təhlükəsizlik və keyfiyyət üzrə sertifikatlaşdırmasında qlobal lider olan SGS beynəlxalq şirkəti tərəfindən keçirilib. Bu sertifikat şirkətin keyfiyyət idarə edilməsi sistemi sahəsində qlobal miqyasda qəbul olunmuş ən əsas prinsiplərinə uyğunluğunu təsdiqləyir. «Baltika Baku» şirkətindan APA-ya verilən məlumata görə, sertifikatın alınması şirkətdə bütün texnoloji proseslərin düzgün təşkili, qəbul olunmuş standartlara və üsullara tam riayət edilməsi, görülən işlərə ciddi nəzarətin olması və ən əsası, bütün bunlarla öz sahələrində əsl mütəxəssis olan insanların öz vəzifələrini yüksək səviyyədə yetirilməsinin göstəricisidir.

«Şirkətimiz dinamik inkişaf edən müəssisə olduğu üçün biz qürur hissi duyuruq. Biznesimizin artımı və inkişafı iki vacib amilin nəticəsində mümkün olub: müəssisənin düzgün idarə olunması və keyfiyyətli məhsulların istehsalı, hansılar ki, istehlakçılarımız tərəfindən sevinir və alınır. Biz istehlakçılarımıza göstərilmiş etibara görə minnətdarıq və üzərimizdə işləməyə davam etdiyimizi bildiririk. Alınmış sertifikat bunun əsas sübutudur. «Baltika Baku» beynəlxalq müasir biznes standartlarına uyğun olmaq və o səviyyəni saxlamaq üçün əlindən gələni edəcək», - deyə «Baltika Baku» şirkətinin baş direktoru Aleksey Skatin bildirib.

Bu ilin oktyabr ayından etibarən şirkət öz qapılarını müasir pivə bişirmə prosesini öz gözləri ilə izləmək və yüksək keyfiyyətli məhsuldan dadmaq istəyən hər kəs üçün açıb. Ekskursiyalar istehlakçılar arasında böyük maraq doğurub və zavoda gələn qonaqlarda ən xoş təəssüratlar yaradıb.

Qeyd edək ki, «Baltika Baku» şirkəti yenidənqurmadan sonra, 2009-cu ilin mayından fəaliyyət göstərir. Hazırda «Baltika Baku» şirkətinin məhsulları Azərbaycan bazarının 75%-ni əhatə edir. Şirkət Baltika 7*, Baltika 9*, Xırdalan*, Baltika Kuler* kimi məşhur brendlərin istehsalı ilə məşğuldur. Şirkətin əsas məqsədi keyfiyyətli məhsul istehsal etməklə insanlara ünsiyyət sevinci bəxş etməkdir. «Baltika Baku» 1996-cı ildən pivə istehsalı üzrə Rusiya bazarının lideri və xalq istehlakı malların ən böyük istehsalçılarından olan «Baltika» şirkətinin bir hissəsidir. «Baltika» brendi Avropada («Euromonitor») satış üzrə birinci yerdədir. «Baltika» şirkəti Rusiya pivəsinin aparıcı ixracatçısıdır: «Baltika»nın məhsulları 75-dən çox ölkədə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR