Cəmil Çiçək: “NATO-dan istədiyimiz “Patriot” raketləri müdafiə məqsədlidir”

Cəmil Çiçək: “NATO-dan istədiyimiz “Patriot” raketləri müdafiə məqsədlidir”
# 27 noyabr 2012 13:48 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin NATO-dan istədiyi “Patriot” raketləri yalnız müdafiə məqsədi daşıyır. APA-nın məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək deyib. O bildirib ki, bu raketləri Türkiyə öz ərazisinin müdafiəsi məqsədilə ölkədə yerləşdirmək niyyətindədir: “Bildiyiniz kimi, Suriya tərəfindən Türkiyə ərazisinə mərmilər atıldı. Biz ölkəmizin ərazisini və əhalisini müdafiə etmək üçün müttəfiqlərimizə belə bir istəklə müraciət etdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR