Şirvanda baş verən partlayışda yaralanan hakimin həyat yoldaşı dünyasını dəyişib

 Şirvanda baş verən partlayışda yaralanan hakimin həyat yoldaşı dünyasını dəyişib
# 03 dekabr 2012 15:35 (UTC +04:00)

Qeyd edək ki, məlum hadisə bir neçə gün əvvəl Şirvan şəhəri M.Ə. Rəsulzadə küçəsi, bina 13, mənzil 8-də qeydə alınıb. Qaz sızmasından baş verən partlayış zamanı Şirvan şəhər birinci instansiya məhkəməsinin hakimi, 1963-cü il təvəllüdlü Ələddin Tofiq oğlu Məcidov və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Təranə Sabir qızı Məcidova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlar bədənin termik yanığı diaqnozu ilə əvvəlcə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına və daha sonra isə Respublika Yanıq Mərkəzində yerləşdiriliblər.

Əslən Cəlilabad rayonundan olan hakim Ə. Məcidovun ailəsi ilə birgə Şirvan şəhərində kirayədə qaldığı bildirilir. Mərhum T. Məcidova Cəlilabad rayonunda dəfn olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR