Gələn ilin sentyabrında STAR neft emalı zavodunun məhsulları satışa çıxarılacaq

Gələn ilin sentyabrında STAR neft emalı zavodunun məhsulları satışa çıxarılacaq
# 13 oktyabr 2017 12:07 (UTC +04:00)

Gələn ilin sentyabr ayında SOCAR-ın Türkiyədə yerləşən STAR neft emalı zavodunda istehsal edilən neft məhsullarla dolu ilk tankeri yüklənərək satışa çıxarılacaq.

APA-Economics”in məlumatına görə, bunu “SOCAR Turkey Eneji” şirkətinin Əməliyyat üzrə baş direktoru Emil Eminov Bakıda keçirilən “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti-2017”-nin ikinci günündə bildirib.

Onun sözlərinə görə, zavodun tikintisinin 90%-indən çoxu yerinə yetirilib: “Bu ilin sonunda zavod layihə gücünə çatacaq və tam gücü ilə fəaliyyətə başlayacaq. Gələn ilin avqustunda ilk istehsal başlanılacaq və sentyabr 20-də kommersiya satışlarına başlanılacaq. Bu da simvolik olaraq Azərbaycanda neftçilər günü ilə üst-üstə düşəcək”.

O bildirib ki, zavod tam gücü ilə işləməyə başladıqdan sonra zavodda 750 nəfər işçi çalışacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR