QAT Raffi Ovannisyanın Bakıya səfərini pisləyən bəyanat yayıb

QAT Raffi Ovannisyanın Bakıya səfərini pisləyən bəyanat yayıb
# 22 noyabr 2012 11:43 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Ermənistanın nümayəndəsinin, İrs partiyasının sədri Raffi Ovannisyanın Asiya Ölkələri Siyasi partiyalarının Bakıda keçirilən toplantısında iştirakı ilə bağlı bəyanat yayıb.

QAT-dan APA-ya verilən məlumata görə, bəyanatda Ermənistanın nümayəndəsinin Azərbaycana səfəri yolverilməz hesab edilib: “Raffi Ovannisyanın səfəri heç bir ölçüyə sığmır. Bu partiya daim Azərbaycana qarşı həyasız bəyanatlarla çıxış edib, Ermənistan parlamentində bir neçə dəfə Dağlıq Qarabağdakı qondarma rejimin tanınması təklifləri və qanun layihələri ilə çıxış edib. Raffi Ovanisyan Bakıya gələn kimi də öz mövqeyini nümayiş etdirməkdən çəkinməyib, həyasız bəyanatlarla çıxış edib, Sumqayıtı erməni şəhəri hesab etdiyini, Dağlıq Qarabağın işğalı faktını rədd etdiyini bildirib. Biz öz tərəfimizdən işğalçı Ermənistanın həyasız nümayəndəsinin ölkəni dərhal tərk etməsi üçün bütün vasitələrdən istifadə edəcəyik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR