“Şimal-Cənub” Siyasi Mərkəzinin Azərbaycan nümayəndəliyi yaradılır

“Şimal-Cənub” Siyasi Mərkəzinin Azərbaycan nümayəndəliyi yaradılır
# 21 noyabr 2012 16:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Şimal-Cənub” Siyasi Mərkəzinin Azərbaycan nümayəndəliyi yaradılır. APA-nın məlumatına görə, bu barədə bu gün keçirilən konfransda mərkəzin baş direktoru Aleksey Valasov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında bu təşkilatın fəaliyyətə başladığı ilk ölkədir. Təşkilatın məqsədi Azərbaycan və Rusiya ekspertləri arasında qeyri-formal kommunikasiyanın inkişaf etdirilməsi, humanitar və təhsil sahəsində əməkdaşlıq, gənclər arasında əlaqələrin inkişaf etdirilməsi və bu sahədə dialoqun təşkil olunmasıdır.

Mərkəzin baş direktoru Aleksey Valasovun sözlərinə görə, təşkilatın Azərbaycan nümayəndəliyinin yaradılması Rusiya-Azərbaycan əlaqələrinin inkişafının daha da intensivləşməsinə xidmət edəcək. Tədbirdə çıxış edən “Vestnik Kafkaza” portalının baş redaktoru İsmayıl Ağakişiyev bildirib ki, Qafqazla bağlı ekspertlər çox olsa da, Rusiyada Qafqazı tanımırlar: “Bu səbəbdən təşkilatın yaradılması çox vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR