“Azərbaycan çempionunun gücünə bir daha əmin olduq”

“Azərbaycan çempionunun gücünə bir daha əmin olduq”
# 12 dekabr 2012 12:18 (UTC +04:00)

Bakı-APA. Çexiyanın “Agel” klubunun voleybolçusu Solanj Soares Azərbaycan çempionu “Rabitə” haqda yüksək fikirdədir. Apasport.az saytının məlumatına görə, komandasının kapitanı Çempionlar Liqasının qrup mərhələsinin son turundakı matçdan sonra təmsilçimizin gücünə bir daha əmin olub.


Soares 0:3 hesabı ilə məğlub olduqları görüşün nəticəsinin tam ədalətli olduğunu düşünür: “Azərbaycan çempionu çox güclü komandadır. Buna Bakıdakı qarşılaşmada bir daha əmin olduq. “Rabitə” bizimlə qarşılaşmada layiq olduqları qələbəni qazandı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR