TürkPA Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinə müşahidəçi qismində üzv qəbul olunub

TürkPA Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinə müşahidəçi qismində üzv qəbul olunub
# 26 noyabr 2012 14:03 (UTC +04:00)

Bakı. Pərvin Abbasov - APA. Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM PA) Daimi Komitəsinin 40-cı iclası keçirilib. APA-nın məlumatına görə, qurumun vitse-prezidenti Asəf Hacıyev bildirib ki, Daimi Komitənin iclasında ötən iclasın protokolunun təsdiq olunması, yeni mandatlara baxılması, Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) müşahidəçi qismində QDİƏTPM PA-a qəbul olunması, həmçinin QDİƏTPM PA nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakı ilə bağlı hesabatları müzakirəyə çıxarılacaq.

A. Hacıyev deyib ki, 39-cu Baş Assambleyanın keçirilməsindən ötən dövr ərzində Yunanıstan və Gürcüstanda keçirilən seçkilərdən sonra yeni milli nümayəndəliklər formalaşıb. İclasda TürkPA baş katibi Ramil Həsənovun QDİƏTPM PA-a rəhbərliyinə ünvanladığı məktub oxunub. Məktubda müzakirələrdən sonra TürkPA quruma müşahidəçi qismində qəbul edilib.

QDİƏT Baş Assambleyasının 40-cı iclası noyabrın 27-də Milli Məclisin plenar zalında işinə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR