Cenevrədə Azərbaycanın ÜTT-yə üzvlüyünə dair ikitərəfli və çoxtərəfli danışıqlar keçirilir

 Cenevrədə Azərbaycanın ÜTT-yə üzvlüyünə dair ikitərəfli və çoxtərəfli danışıqlar keçirilir
# 04 dekabr 2012 06:22 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində ABŞ, Avropa İttifaqı, Kanada, Norveçlə mallar və xidmətlər üzrə ikitərəfli, Azərbaycanın kənd təsərrüfatına daxili dəstək məsələləri üzrə çoxtərəfli danışıqların aparılması, eləcə də ÜTT-ə hazırlıq üzrə İşçi Qrupunun 10-cu iclasının keçirilməsi nəzərdə tutulur.

Danışıqlarda Azərbaycanın təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək məsələləri və ölkənin ticarət sistemi mövzuları ətrafında müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR