Moskvada Tehran konvensiyası tərəflərinin 4-cü sessiyası keçirilir

Moskvada Tehran konvensiyası tərəflərinin 4-cü sessiyası keçirilir
# 10 dekabr 2012 11:29 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bu gün Moskvada Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə çərçivə konvensiyası (Tehran konvensiyası) tərəflərinin 4-cü sessiyası keçirilir.

APA-nın Rusiyanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə UNEP-in icraçı direktoru Axim Ştayner, Rusiya, Azərbaycan, Türkmənistan və İranın Ekologiya və Təbii Sərvətlər nazirliklərinin rəhbərləri, BMT İnkişaf Proqramının, Beynəlxalq Dəniz Təşkilatının, neft-qaz şirkətlərinin, QHT-lərin nümayəndələri iştirak edir.

Sessiya zamanı transsərhəd kontekstində ətraf mühitə təsirlərin qiymətləndirilməsi, biomüxtəlifliyin qorunması, Xəzər dənizinin yerüstü mənbələrdən və quruda aparılan işlərdən qaynaqlanmış çirklənmələrdən müdafiəsi üzrə protokolların imzalanması gözlənilir. Həmçinin görüşdə Xəzər dənizinin ətraf mühitinin monitorinqi proqramının layihəsi və Konvensiyanın daimi katibliyinin yeri müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR