İranın Danimarkadakı səfirliyi hücuma məruz qalıb

İranın Danimarkadakı səfirliyi hücuma məruz qalıb
# 09 dekabr 2012 16:31 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Danimarkadakı səfirliyi hücuma məruz qalıb.

APA-nın İSNA-ya istinadən məlumatına görə, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əhməd Baxşeyş bildirib ki, 50 nəfərdən ibarət olan bir qrup şəxs İranın Danimarkadakı səfirliyinin binasına girərək diplomatik korpusun binasının şüşələrini qırıblar və divarlara Tehran rejimi əleyhinə şüarlar yazıblar: “Bu, İranın Almaniyadakı səfirliyinə təşkil edilən hücumun bir növ davamıdır. Hücum zamanı səfirlik binasında heç bir polis olmayıb. Səfirliyin işçiləri diplomatik korpusa ehtimal olunan hücumla bağlı xəbərdarlıq etmişdilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR