Bahar Muradova: “Ermənistanın Dağlıq Qarabağdakı separatçı qurumun tanınması istiqamətindəki səyləri heç bir nəticə verməyəcək”

Bahar Muradova: “Ermənistanın Dağlıq Qarabağdakı separatçı qurumun tanınması istiqamətindəki səyləri heç bir nəticə verməyəcək”
# 20 noyabr 2012 08:24 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Ermənistan nümayəndələrinin Dağlıq Qarabağa səfərlərinin sayının artmasına münasibət bildirən B. Muradova “bununla da separatçı qurumun tanınması istiqamətində addımları görməkdəyik”, deyə bildirib: “Bu səhvlərin nəticəsi olaraq danışıqların dalana dirənməsi də açıq-aydın görünür. Azərbaycan parlamenti bu yöndə öz fəaliyyətini genişləndirir”.

Uruqvay parlamenti sədrinin Dağlıq Qarabağa səfəri barədə danışan MM sədrinin müavini Azərbaycanın diplomatik dairələrinin buna münasibət bildirdiyini xatırladıb: “Parlament olaraq biz də öz mövqeyimizi bəyan etmişik. Uruqvayın məsələyə münasibəti bəllidir. Onlar öz hərəkətlərini izah etməyə çalışıblar. Hər halda bu dövlətin açıqlaması ilə əməlində ciddi uyğunsuzluq və ziddiyyət görünür. Parlament öz mövqeyində də bunu qeyd edib. İnanırıq ki, Uruqvay bundan sonra beynəlxalq qanunlara, ölkələrarası münasibətlərə uyğun olaraq öz fəaliyyətini tənzimləməyə çalışacaq”.

Azərbaycan-Rusiya münasibətləri barədə suala cavabında B. Muradova bunları deyib: “Bəzi dairələr Rusiya ilə Azərbaycan arasında əlaqələrin korlanmasına yönələn səylər göstərirlər. Hesab edirəm ki, uzun illər ümumi dövlətdə olduğumuz Rusiya ilə münasibətləri qonşuluq səviyyəsində davam etdirmək üçün Azərbaycan əlindən gələni edir. Belə səylər əvvəllər də olub. Ümid edirəm ki, rəsmi dairələr provokasiyalara uymayacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR