Azərbaycan yığması Mahaçqalada 3 bürünc medal qazandı

Azərbaycan yığması Mahaçqalada 3 bürünc medal qazandı
# 03 dekabr 2012 08:39 (UTC +04:00)

Bakı – APA. Mahaçqalada beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, turnirdə çıxış edən Azərbaycan yığması yarışı 3 bürünc medalla başa vurub.


Baş məşqçi Saypulla Absaidovun başçılığı altında mübarizə aparan milli üzvlərindən Əhmədnəbi Qvarzatilov (60 kq), Hacı Əlicanov (96 kq) və Əli İsayev (120 kq) uğurla çıxış edib. Hər 3 təmsilçimiz turniri bürünc medalla başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR