Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 9% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 9% artıb
# 12 noyabr 2012 15:04 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 14 mlrd. manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4% çox istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, satılmış ərzaq məhsullarının həcmi 1,9% artaraq 7,8 mlrd. manata, qeyri-ərzaq mallarının həcmi 20,5% artaraq 6,2 mlrd. manata bərabər olub. Ötən ilin 10 ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 4,1 faiz bəndi azalaraq 55,8%, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 44,2% təşkil edib.

«Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 84,8 manatlıq ərzaq, 67,1 manatlıq qeyri-ərzaq malları alıb», - deyə Komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR