Avropa Birliyinin nümayəndəsi: “Azərbaycan və Avropa Birliyi qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi siyasətinə bağlı olduqlarını nümayiş etdirir”

Avropa Birliyinin nümayəndəsi: “Azərbaycan və Avropa Birliyi qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi siyasətinə bağlı olduqlarını nümayiş etdirir”
# 17 dekabr 2012 12:56 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Brüsseldə Avropa Birliyi – Azərbaycan Əməkdaşlıq Şurasının 13-cü iclası keçirilib. APA-nın AB-nin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, iclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov, AB nümayəndə heyətinə isə ilin sonuna kimi AB-yə sədrlik edəcək Kiprin xarici işlər naziri Erato Kozaku-Markulis rəhbərlik edib. İclasda Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort da iştirak ediblər.

“Azərbaycan və Avropa Birliyi qarşılıqlı əməkdaşlığın dərinləşdirməsinə bağlı olduqlarını nümayiş etidirblər”. Bu fikri iclasdan sonra xanım Erato Kozaku-Markulis deyib.

İclasın yekununda Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planının reallaşdırılması, həmçinin Azərbaycanın ÜTT-yə üzvlüyünü sürətləndirmək istiqamətində addımları davam etdirməyin zəruriliyi vurğulanıb. Əməkdaşlıq Şurası Azərbaycanı siyasi və iqtisadi sahələrdə islahatları aktivləşdirməyə, 2013-cü il prezident seçkilərini ədalətli və beynəlxalq standartlara uyğun keçirməyə çağırıb.

İclasda energetika sahəsində əməkdaşlığa da toxunulub. Şura Azərbaycan parlamentinin TANAP sazişini ratifikasiya etməsini alqışlayıb. Tərəflər həmçinin “Cənub dəhlizi” layihəsinin reallaşmasının vacibliyini təsdiqləyiblər.

Xatırladaq ki, AB-Azərbaycan Əməkdaşlıq Şurasının 12-ci iclası ötən ilin noyabrında Brüsseldə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR