Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 24 dekabr 2012 06:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Dekabrın 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,47 dollar və ya 1,6% azalaraq 1 barelə görə 88,66 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, dekabrın 21-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,23 dollar və ya 1,1% azalaraq 108,97 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR