Keniyada cinayətkarlar 42 polis nəfərini qətlə yetiriblər

Keniyada cinayətkarlar 42 polis nəfərini qətlə yetiriblər
# 13 noyabr 2012 03:46 (UTC +04:00)

Bakı-APA. Keniyanın şimalındakı Baraqua rayonunda mal-qara oğruları polisləri pusquya salaraq 42 asayiş keşikçisini qətlə yetiriblər.

Polislər daha öncə 13 nəfəri qətlə yetirmiş mal-qara oğrularından ibarət dəstəni izləyərkən pusquya düşüb.

«Bu hadisə bizim təhlükəsizlik qüvvələrinin səriştəsizliyini üzə çıxarıb», deyə Keniya parlamentinin təhlükəsizlik komissiyasının sədri Uilfrid Kaponi bəyan edib.

O həmçinin «cinayətkarları zərərsizləşdirməkdən ötrü polislərin müvafiq silahlarla təchiz olunması üçün ciddi tədbirlər görməyin vaxtının çatdığını» bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR