Rusiyanın ən qədim məscidi qəza vəziyyətindədir

Rusiyanın ən qədim məscidi qəza vəziyyətindədir
# 20 noyabr 2012 15:21 (UTC +04:00)

Dağıstan. Telman Tahirli – APA. Rusiyanın ən qədim məscidi azərbaycanlıların sıx məskunlaşdığı Dərbəndin yuxarı hissəsində yerləşir.

APA-nın Dağıstan müxbirinin məlumatına görə, 13 əsr yaşı olan məscid sonuncu dəfə 500 il əvvəl təmir olunub.

Şimali Qafqazda İslam dininin yayılmasına məhz buradan başlanıb. İndiyədək məscid kosmetik təmir olunsa da, ibadət ocağında kapital təmir işləri aparılmayıb. Bu səbəbdən məscid qəzalı vəziyyətə düşüb. Kapital təmir üçünsə yüz milyonlarla rubl vəsait tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR