İrandan Azərbaycana edilən mobil zənglər üçün yeni tarif paketi hazırlanır

İrandan Azərbaycana edilən mobil zənglər üçün yeni tarif paketi hazırlanır
# 03 dekabr 2012 11:12 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. 2013-cü ildə İranla Azərbaycan arasında informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində forum keçirilə bilər.

APA-nın məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinlə görüşündə bildirib.

Görüşdə İranla Azərbaycan arasında mobil zənglər zamanı yaranan problemlərə də toxunulub, İranın xahişi ilə Azərbaycan tərəfinin İrandan Azərbaycana edilən mobil zənglər üçün yeni tarif paketi hazırladığı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR