Həbsdə olan hüquq müdafiəçisinin ailə üzvləri prezident İlham Əliyevə müraciət ediblər

Həbsdə olan hüquq müdafiəçisinin ailə üzvləri prezident İlham Əliyevə müraciət ediblər
# 15 noyabr 2012 12:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun ailə üzvləri prezident İlham Əliyevə müraciət ediblər.

APA-nın məlumatına görə, B. Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovanın adından göndərilən müraciətdə B. Məmmədovun qanunsuz şəkildə həbs olunduğu qeyd olunub: “Həyat yoldaşım Bəxtiyar Məmmədov Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun ərizəsi əsasında həbs olunub və ona qarşı cinayət işi açılıb. Bəxtiyar Məmmədova qarşı saxta ittihamlar irəli sürülüb. Hazırda cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Sizdən xahiş edirəm ki, Bəxtiyar Məmmədovun azad olunmasında və onu şərləyənlərin məsuliyyətə cəlb olunmasında bizə köməklik göstərəsiniz ”.

Qeyd edək ki, “İnamla Hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədov ötən il dekabrın 30-da həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR