Azərbaycan müdafiə nazirinin müavini Türkiyə Milli Müdafiə Nazirliyinin Müdafiə Sənayesi Katibliyində olub - FOTO

Azərbaycan müdafiə nazirinin müavini Türkiyə Milli Müdafiə Nazirliyinin Müdafiə Sənayesi Katibliyində olub - <span style="color: red;">FOTO
# 20 dekabr 2012 13:18 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Türkiyə Milli Müdafiə Nazirliyinin Müdafiə Sənayesi Katibliyində (SSM) olub. Bu barədə APA-ya SSM-dən məlumat verilib.

Müdafiə sənayesi katibi Murad Bayarla görüşdə iki ölkə arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qeyd edək ki, general-leytenant Ç.Məmmədov Azərbaycan və Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclasında iştirak edən Azərbaycan nümayəndə heyətinə rəhbərlik edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR