«Unibank»ın yeni regional filialı açılıb

«Unibank»ın yeni regional filialı açılıb
# 14 dekabr 2012 11:32 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC İmişli şəhəri, Heydər Əliyev prospekti,111A ünvanında filial açıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bankın yeni xidmət məntəqəsi nağd istehlak kreditləri, avtokreditlər, güzəştli dövrə malik kredit kartlarının verilməsini həyata keçirəcək.

«Biznes sahibləri və fərdi sahibkarlara fayda gətirə biləcək mikrokredit alətlərinə xüsusi diqqət verilir. Bundan başqa, fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətləri əhatə edən geniş məhsul çeşidi təklif olunur», - deyə Bankdan bildirilib.

«Unibank»ın Yeni illə bağlı arayışsız yeni nağd kredit kampaniyasından artıq İmişli sakinləri də faydalana biləcəklər. Yanvarın 13-dək davam edəcək bu kampaniya çərçivəsində hər kəs iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə illik 3%-dən artıq endirimlə nağd kredit götürə biləcək. Minimal məbləği 300 manat olan arayışsız kreditin maksimal məbləği 5 min manatdır. Kreditin müddəti 3-30 aydır. Kampaniya çərçivəsində müştərilərin qeydiyyatına, iş stajına heç bir tələb qoyulmur. Paralel olaraq, hədiyyə kimi mobil operatorlar vasitəsilə bir saatlıq danışıq kartları da təqdim ediləcək. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR