Moskvada Xəzər problemləri üzrə Rusiya-İran məsləhətləşmələri keçirilib

Moskvada Xəzər problemləri üzrə Rusiya-İran məsləhətləşmələri keçirilib
# 30 noyabr 2012 09:21 (UTC +04:00)

APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, Rusiya nümayəndə heyətinə prezidentin xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İ.Bratçikov, İran nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini M.Axundzadə başçılıq edib.

Görüşdə əsas diqqət Xəzər regionunda iki ölkə əməkdaşlığının aktual məsələlərinə, 2010-cu ilin noyabrında Bakıda keçirilmiş III Xəzər sammitinin qərarlarının həyata keçirilməsinə və Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya məsələsinin razılaşdırılmasına yönəldilib.

Müzakirələr Xəzər problemi üzrə Rusiya və İranın mövqelərinin yaxınlığını, onların Xəzərdə hərtərəfli əməkdaşlığa və Xəzərin yeni hüquqi statusuna dair beştərəfli danışıqlarda tərəqqi əldə olunmasına çalışdığını göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR