Sumqayıtda 2 avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Sumqayıtda 2 avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 07 dekabr 2012 11:29 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 04.00 radələrində qeydə alınıb. Bakı şəhər sakinləri Qorxmaz Niftaliyevin idarə etdiyi "VAZ-2107" markalı və Gündüz Cəlilovun idarə etdiyi "Mercedes E-200" markalı avtomaşınların toqquşması nəticədə Q.Niftəliyev və sərnişinləri - Bakı şəhər sakinləri Rövşən Mürşüdov, Sakit Şəmsəddinov və 25-30 yaşlı 2 kişi, habelə G.Cəlilovun 30-35 yaşlı qadın sərnişini hadisə yerində ölüb. Xəsarət almış G.Cəlilov və digər sərnişinləri - Rusiya Federasiyası vətəndaşları Xədicə Əhmədova və Asiyaq Azayeva xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR