Milli Məclisin deputatları Böyük Britaniyaya səfər edəcək

Milli Məclisin deputatları Böyük Britaniyaya səfər edəcək
# 20 noyabr 2012 14:49 (UTC +04:00)

Bakı. Pərvin Abbasov – APA. Bu gün Milli Məclisin (MM) bir qrup deputatı Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvəti ilə Londona rəsmi səfərə gedir. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə deputat Fuad Muradov məlumat verib.

Səfər çərçivəsində nümayəndə heyəti Nümayəndələr və Lordlar Palatasının üzvləri, eləcə də Enerji komitəsinin üzvləri ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR