Cəmil Çiçək: “Regionda sülh və sabitliyi təmin etmək üçün dinlərarası və mədəniyyətlərarası əlaqələri inkişaf etdirməliyik”

Cəmil Çiçək: “Regionda sülh və sabitliyi təmin etmək üçün dinlərarası və mədəniyyətlərarası əlaqələri inkişaf etdirməliyik”
# 27 noyabr 2012 09:22 (UTC +04:00)

Bakı. Pərvin Abbasov – APA. “Qara dəniz bölgəsi mövcud potensialı və iqtisadi inkişafı ilə getdikcə dünyanın diqqət mərkəzinə çevrilir. Bu regiondakı ölkələr müxtəlif mədəniyyətlərə malik olsalar da, Qara dəniz bizim ortaq əməkdaşlıq məkanımızdır. Bu fərqliliyə baxmayaraq, əməkdaşlığımızı inkişaf etdirmək yalnız və yalnız xalqlarımızın maraqlarına xidmət edir”. APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 40-cı iclasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək deyib. O bildirib ki, QDİƏT regionda sülh layihəsidir və təşkilat yarandığı gündən bu günədək bunu uğurla həyata keçirir, regionda sülhün və sabitliyin bərqərar olmasında ciddi fəaliyyət göstərir: “Regionda sülh və sabitliyi təmin etmək üçün biz dinlərarası və mədəniyyətlərarası əlaqələri inkişaf etdirməliyik”.

QDİƏT-in baş katibi Viktor Tvirkun isə ötən 6 ay müddətində təşkilatın gördüyü işlər barədə məlumat verərək qeyd edib ki, təşkilatın fəaliyyətinin effektivliyini artırmaq üçün 17 prioritet müəyyənləşdirilib. İstanbul sammitinin əhəmiyyətinin danışan baş katibin sözlərinə görə, sammitin yekun Bəyannaməsində üzv dövlətlər üzərlərinə ciddi öhdəliklər götürüb. O bəyan edib ki, hazırda təşkilata sədrlik edən Türkiyə regional əməkdaşlığın inkişafını nəzərdə tutan fəaliyyət planı hazırlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR