Elmar Məmmədyarov GUAM baş katibini qəbul edib

Elmar Məmmədyarov GUAM baş katibini qəbul edib
# 19 dekabr 2012 21:41 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov GUAM təşkilatının Baş katibi Valeri Çeçelaşvilini qəbul edib. Bu barədə APA XİN mətbuat xidmətinə istinadən məlumat verir.

Görüşdə Azərbaycanla GUAM arasında münasibətlərin hazırkı durumu, regionda və təşkilat çərçivəsində həyata keçirilən layihələr, həmçinin GUAM-la digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər BMT Baş Assambleyasının GUAM ilə əməkdaşlıq barədə qəbul etdiyi qərarı və “GUAM ərazisində uzadılmış münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri” adlı qətnamə layihəsinə dair GUAM-la BMT arasında razılığın əldə olunmasını müsbət qiymətləndiriblər.

Görüş zamanı Valeri Çeçelaşvili rəhbərlik etdiyi təşkilatın layihəsi çərçivəsində 2013-cü ilin mart ayının birinci yarısında Bakı şəhərində çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində üçgünlük beynəlxalq seminarın keçirilməsinin planlaşdırıldığını bildirib. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və ABŞ-ın maliyyə dəstəyi ilə keçiriləcək seminarda GUAM və Avropa İttifaqı ölkələrinin, ABŞ-ın, eləcə də Avropol, İnterpol və digər beynəlxalq və regional təşkilatların nümayəndənin iştirakı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR