AMEA doktoranturaya əlavə plan yerləri istəyəcək

AMEA doktoranturaya əlavə plan yerləri istəyəcək
# 14 dekabr 2012 08:31 (UTC +04:00)

Bu barədə APA-ya AMEA prezidenti Mahmud Kərimov bildirib.

O deyib ki, müraciət AMEA-nın gənc alimlərə olan ehtiyacı nəzərə alınaraq qəbul ediləcək: “İmtahanlar zamanı eyni yerə sənəd verən bir neçə namizəd yüksək bal toplayıb. Bu namizədlərin heç birini kənarda qoymaq olmaz. Gənc alimlərə olan ehtiyacı nəzərə alaraq AMEA-ya əlavə plan yeri verilməsini xahiş edəcəyik”.

M.Kərimov deyib ki, hələlik AMEA nə qədər plan yeri istəyəcəyini dəqiqləşdirməyib: “Ayrı-ayrı ixtisaslar üzrə belə təkliflər olacaq. Hələlik doktoranturaya qəbulun nəticələri elan olunmayıb. Gələn həftədən AMEA-nın elmi bölmələrində doktoranturanın nəticələrinə baxılmağa başlanacaq. Bölmələrdə qəbul prosedurları başa çatandan sonra ilin sonuna kimi nəticələr, doktoranturaya qəbul olanların elmi rəhbərləri və mövzuları təsdiq olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR