Azərbaycan Ümumdünya Poçt İttifaqının Berndə keçirilən toplantısında iştirak edir

Azərbaycan Ümumdünya Poçt İttifaqının Berndə keçirilən toplantısında iştirak edir
# 27 noyabr 2012 07:14 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Berndə (İsveçrə) Ümumdünya Poçt İttifaqının (ÜPİ) Xidmət Keyfiyyəti Fondunun (Quality of Service Fund - QSF) Qəyyumlar Şurasının (Board of Trustees) növbəti toplantısı keçirilir.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, dünyanın 9 ölkəsinin nümayəndələrindən ibarət Qəyyumlar Şurasının hazırkı tədbirində Şərqi Avropa və Şimali Asiya regionundan üzv seçilmiş Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Nasir Həmidov iştirak edir.

Noyabrın 29-dək davam edəcək tədbirdə baxılacaq məsələlər arasında dünya ölkələri tərəfindən ÜPİ Katibliyinə təqdim olunmuş beynəlxalq poçtun keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş layihələrin, həmçinin bu layihələrin tətbiqi üzrə ilkin, aralıq və yekun hesabatların və s. sənədlərin müzakirə edilərək müvafiq qərarlar qəbul edilməsi məsələləri əsas yer tutur.

Qeyd edək ki, Qəyyumlar Şurasının işində fəal iştirak etməklə dünya ölkələrində beynəlxalq poçt üzrə hazırlanan layihələrə qoşulmaq Azərbaycan poçtunun da keyfiyyət göstəricilərinin inkişafı üçün yeni layihələrin hazırlanması və maliyyələşdirilməsi imkanları yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR