Azərbaycan Beynəlxalq Bankı MDB-nin ən iri banklarından biridir

Azərbaycan Beynəlxalq Bankı MDB-nin ən iri banklarından biridir
# 03 dekabr 2012 11:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı «Business New Europe» (BNE) jurnalının «Avrasiyanın TOP-200 bankları» renkinqində 38-ci yeri tutub. Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, renkinqə Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan, Belarus, Özbəkistan və Moldovanın ən iri bankları daxil edilib.

Jurnalın məlumatına görə, ABB-nin aktivləri bu ilin ilk yarısının sonuna 6,5 mlrd. dollar səviyyəsində olub. Qeyd edilir ki, ABB Azərbaycanın yeganə bankdır ki, regionun 50 ən iri bankları sırasına düşüb. Həmçinin vurğulamaq lazımdır ki, ABB-nin törəmə bankı olan «ABB-Moskva» da TOP-200 renkinqində yer alıb.

Qeyd edək ki, «Business New Europe» Balkan, Baltika, Qafqaz, Mərkəzi Asiya ölkələri və Türkiyədə biznes, maliyyə və iqtisadi siyasəti işıqlandıran iri media şirkətidir. «Business New Europe» 2006-cı ildə təsis edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR