Bakı-Qazax yolunda minik və yük avtomobilləri toqquşub, ata və oğul dünyasını dəyişib

Bakı-Qazax yolunda minik və yük avtomobilləri toqquşub, ata və oğul dünyasını dəyişib
# 01 dekabr 2012 19:23 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə bu gün axşam saat 20:30 radələrində Bakı-Qazax magistral avtomobil yolunun Kürdəmirin Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Göyçay şəhər sakini, 1953-cü il təvəllüdlü Musayev Əfqan Abduləhət oğlunun idarə etdiyi 10-SK-027 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn 22-BD-884 dövlət nömrə nişanlı “KaMAZ” markalı yük maşını ilə toqquşub.

Hadisə nəticəsində “VAZ 2107”in sürücüsü Əfqan Musayev və onun 30 yaşlı oğlu Vüsal Musayev dünyasını dəyişib.

Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin qəza xilasetmə xidmətinin əməkdaşları deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılıb qalan sürücü və sərnişinin meyitlərini müxtəlif kəsici alətlərin köməyi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər. “KaMAZ”ın sürücüsü isə hadisə yerindən qaçıb. Hazırda onun axtarışı davam etdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR