Beynəlxalq Enerji Agentliyi: İran neft hasilatını və ixracatını artırıb

Beynəlxalq Enerji Agentliyi: İran neft hasilatını və ixracatını artırıb
# 14 noyabr 2012 09:34 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran 7 aylıq enişdən sonra neft hasilatını və ixracatını artırıb. APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) yaydığı hesabatda qeyd olunur.

Sənəddə bildirilir ki, hazırda İranın neft hasilatında 70 min barel artım müşahidə olunur və bununla da rəsmi Tehran gündəlik neft hasilatını 2,7 mln. barelə çatdırıb. Hesabatda həmçinin vurğulanır ki, İranın neft ixracında 300 min barel artım qeydə alınıb: “Hazırda Tehran dünya ölkələrinə gündəlik 1,3 mln. barel neft ixrac edir. İrandan ən çox Çin və Cənubi Koreya neft idxal edir”. Sənəddə deyilir ki, dünya bazarlarında İran neftinin 1 barelinin qiyməti 100 ABŞ dolları təşkil edir: “Nəticədə İran neft ixracından 900 mln. dollar əlavə gəlir əldə edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR