İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü dekabrda keçiriləcək

İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü dekabrda keçiriləcək
# 27 noyabr 2012 14:05 (UTC +04:00)

APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Səlcuq Ünal bildirib.

Onun sözlərinə görə, Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehinin üçüncü görüşü Fələstin məsələsinə görə təxirə salınıb: “Belə ki, Davudoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Fələstinin BMT üzvlüyünə qəbul olunması ilə bağlı noyabrın 29-da Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının yığıncağına qatılacaq. Türkiyə Fələstin mövzusuna böyük önəm verdiyindən, toplantıdakı səsvermə zamanı Fələstin xalqına olan dəstəyini və həmrəyliyini nümayiş etdirəcək. Bu səbəbdən dünən Türkiyə, Azərbaycan və İran xarici işlər nazirləri arasında telefonda danışığı reallaşdı və toplantının böyük ehtimalla dekabra təxirə salınması qərarlaşdırıldı. Türkiyə üçtərəfli görüşə ikitərəfli və regional məsələlərin bir masa arxasında müzakirə edilməsi, hər üç ölkənin də yararına olacaq çərçivədə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və regional sabitlik və təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyət verir”.

Qeyd edək ki, bu formatda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin ilk görüşü İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində, ikincisi isə Azərbaycanın Naxçıvan şəhərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR